24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyədə gələn ildən otel və qonaq evlərində yerləşdirməyə görə vergi tutulacaq

Türkiyədə gələn ildən otel və qonaq evlərində yerləşdirməyə görə vergi tutulacaq

Türkiyədə 2023-cü il yanvarın 1-dən 2 faizlik yaşayış vergisinin tətbiqinə başlanacaq.

“Rəsmi qəzetə”də nəşr edilmiş sənəddə yerləşdirməyə görə vergini otellərin, turizm kəndlərinin, motellərin, pansionatların, qonaq evlərinin və digər yerləşdirmə obyektlərinin bilavasitə özləri tutacağı göstərilir. Səyahət agentlikləri də bu vergini öz tur paketlərnə daxil edə bilərlər.

Yataqxanalarda, pansionatlarda və düşərgələrdə yaşayan şagird və tələbələr, habelə Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və diplomatik statusa malik beynəlxalq təşkilatların nümayəndələri bu vergidən azaddırlar.

Türkiyədə yaşayış vergisinin tutulması ilə bağlı qərar 2019-cu ilin oktyabrında verilmişdi. İlkin olaraq bir otel otağının qiymətinin 2%-i qədər vergi tutulması barədə qərar 2020-ci il aprelin 1-dən qüvvəyə minməli idi, lakin koronavirus pandemiyası səbəbindən hökumət onun icrasını təxirə salmışdı.

Qeyd edək ki, bu il Türkiyənin turizm sənayesi üçün son dərəcə uğurlu olmuşdur. Turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, ilin yekunlarına görə, ölkəyə gələn turistlərin sayı 2019-cu ilin səviyyəsinə yaxın olacaq. Həmin il Türkiyəyə 51 milyon xarici ziyarətçi gəlmişdi.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?