29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Enerji qiymətlərinin artması Aİ-yə 1 trilyon dollara başa gəlib

Enerji qiymətlərinin artması Aİ-yə 1 trilyon dollara başa gəlib

“Bloomberg” son bazar məlumatlarına əsaslanan hesablamalara istinad edərək, Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji böhranı fonunda təxminən bir trilyon dollar (940 milyard avro) xərclədiyini və bunun “tammiqyaslı böhranın başlanğıcı" olduğunu bildirib.

“Bloomberg”in qənaətinə görə, enerji qiymətlərinin artması Aİ-yə üzv ölkələrin iqtisadiyyatlarını tənəzzülə sürükləyib, çünki onların əksəriyyəti Rusiyadan qaz idxalını dayandırdığına görə daha bahalı mənbələrə müraciət etmək məcburiyyətində qalıb.

Bölgədəki qaz anbarlarının tam boşalmasından – gələn qışdan sonra enerji təchizatının təhlükəsizliyinin problem olaraq qalacağı gözlənilir. Aİ ölkələri qarşıdan gələn soyuq mövsüm üçün qaz ehtiyatlarını yeni mənbələrdən doldurmalı olacaqlar ki, bu da tankerlər üçün rəqabəti gücləndirir.

Mayeləşdirilmiş təbii qaz (LNG) üçün idxal terminallarının sayının artırılacağı halda belə, böhranın yalnız 2026-cı ildə, ABŞ və ya Qətərin əlavə istehsal gücü sayəsində zəifləyəcəyi bildirilib. Bununla belə, Asiya istehlakçılarının enerjiyə tələbatının yüksək olması qiymətlərin yüksək qalmasına təsir göstərəcək.

Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzindən bildirilib ki, “Bloomberg”in göstərdiyi kimi, Avropada yaranmış fövqəladə vəziyyət illərlə davam edə bilər.

Keçən ay Almaniyanın enerji tənzimləyicisi Federal Şəbəkə Agentliyi xəbərdarlıq etmişdi ki, alman ev təsərrüfatları və kiçik bizneslər qaza qənaətlə bağlı ilk sınaqdan keçə bilməyiblər. Tənzimləyici orqan qeyd edib ki, yaxın aylarda qaz qıtlığının qarşısını almaq üçün istehlakın ən azı 20% azaldılması labüddür.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?