17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tacikistanda ölkəyə gələn və ölkədən gedən turustlərdən vergi tutulacaq

Tacikistanda ölkəyə gələn və ölkədən gedən turustlərdən vergi tutulacaq

Bu günlərdə ölkə parlamentinin aşağı palatası hökumətin təklifi əsasında "Digər büdcə ödəmələri öhdəlikləri haqqında" Qanuna düzəlişi qəbul edib. Maliyyə naziri Fayziddin Qəhharzadə layihəni təqdim edərkən bildirib ki, düzəlişlərə əsasən, ölkəyə gələn əcnəbilər dövlət rüsümu ödəməli olacaqlar: "Bundan əlavə, turizm şirkətlərinin xətti ilə turizm məqsədləri üzrə başqa ölkələrə, eləcə də Həcc ziyarətinə gedən Tacikistan vətəndaşları da dövlətin büdcəsinə rüsum ödəyəcəklər".

Nazirin sözlərinə görə, Böyük Vətən müharibəsi veteranları, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, birinci və ikinci qrup əlillər, 16 yaşadək uşaqlar və diplomatlar bu vergini ödəməkdən azaddırlar. Qəhharzadə qeyd edib ki, hazırda Tacikistanın turizm bazarında 145 turizm şirkəti fəaliyyət göstərir. Keçən il ölkəyə bir milyondan artıq xarici turist gəlib. Bildirilib ki, həm əcnəbilər, həm də ölkə vətəndaşları üçün rüsumun məbləği hökumət tərəfindən müəyyənləşdiriləcək. Mətbuatın ehtimalına görə, həm ölkəyə gələn turistlər, həm də turizm şirkətləri vasitəsilə xaricə gedənlər üçün yeni verginin məbləği hər gün üzrə 1 ABŞ dolları olacaq.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?