5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Britaniya xəzinəsi vergi təhqiqatlarının azalmasına görə 11 milyard dollar itirib

Britaniya xəzinəsinə daxilolmalar 2021-2022-ci maliyyə ilində (martda başa çatıb) mümkün vergi pozuntuları ilə bağlı təhqiqatların sayının kəskin azalması ucbatından 9 milyard funt-sterlinq (təxminən 11 milyard dollar) azalıb. Bu məlumatı Böyük Britaniya Milli Audit İdarəsinin (NAO) hesabatına istinadən “Financial Times“ qəzeti yayıb.

Məlumatda bildirilir ki, Vergilər və Gömrük Ödənişləri Departamenti (HMRC) 2019-2020-ci illərdə 700 işə baxdığı halda, ötən maliyyə ilində 163 işə baxıb. 2021-2022-ci illərdə HMRC tərəfindən toplanan vergilərin ümumi məbləği 731,1 milyard funt sterlinq təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 milyard funt-sterlinq (təxminən 11 milyard dollar) azdır. Nəzarət orqanının sənədində o da göstərilib ki, HMRC-nin vəzifələri birbaşa vergi yığmaq olan 1.350 əməkdaşı (işçilərin təxminən 12%-i) COVID-19 pandemiyası zamanı əhaliyə dəstək üçün dövlət proqramlarının həyata keçirilməsinə cəlb olunub.

NAO-nun rəhbəri Qaret Deyvisin sözlərinə görə, vergi işçilərinin başqa strukturlara keçirilməsi “departamentin vergi təhqiqatları ilə məşğul olmaq qabiliyyətinə birbaşa təsir göstərir. Nəticədə əhəmiyyətli sayda insan vergi ödəməkdən və ya təqibdən yayınır”.

Britaniya parlamentinin İcmalar Palatasının Dövlət Xərclərinə Nəzarət Komitəsinin sədri Meqan Hillier qeyd edib ki, HMRC "kifayət qədər resurslar ayırmaqla və fəaliyyətin səmərəlilik meyarlarını yüksəltməklə vergi qanuvericiliyinə əməl olunmasını təmin etmək üzərində işi gücləndirməlidir".

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?