29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Trampın ailəsinə məxsus şirkət vergidən yayınmaqda təqsirli bilinib

Trampın ailəsinə məxsus şirkət vergidən yayınmaqda təqsirli bilinib

ABŞ-ın sabiq prezidenti Donald Trampın ailəsinə məxsus daşınmaz əmlak şirkəti vergi cinayətləri törətməkdə ittiham olunduğu məhkəmə prosesində təqsirli bilinib.

BBC agentliyinin yaydığı xəbərdə bildirilir ki, “Trump Organization” adlı şirkət haqqında bu qərar Nyu York məhkəməsində iki gün davam edən müşavirədən sonra qəbul edilib.

Şirkət sabiq prezidentin soyadını daşısa da, Donald Trampın özü və ailə üzvləri bu işdə fərdi qaydada mühakimə olunmayıb. İddia birbaşa şirkətə qarşı qaldırılıb.

Donald Tramp qərarla bağlı ali məhkəməyə müraciət edəcəyini deyib: “Bir daha məyus oldum, bu, cadugər ovudur”.

Xatırladaq ki, “Trump Organization” şirkəti 10 ildən artıqdır yüksək vəzifəli şəxsləri qanunsuz zənginləşdirməkdə təqsirli bilinir. İddiaya görə, şirkətdə çalışan yüksək vəzifəli şəxslərə dəbdəbəli nəqliyyat vasitələri almaq, onların uşaqları üçün xüsusi məktəb avtomobillərindən istifadə etmək kimi vergi tutulmayan imtiyazlar verilib. Bununla belə, ittihamçılar bildiriblər ki, şirkətin nizamnaməsində aşağı gəlirli işçilərin əməkhaqqının azaldılmasını kompensasiya etmək üçün əlavə müavinətlər nəzərdə tutulduğuna görə vergi güzəştlərindən istifadə olunub.

Məhkəmə qərarı nəticəsində şirkətin 1,6 milyon dollar həcmində cərimə ödəyəcəyi, gələcəkdə kredit almaq və ya investisiyaları maliyyələşdirməkdə çətinlik çəkəcəyi gözlənilir.

D.Tramp daha əvvəl də bu işə “siyasi motivli olduğuna görə” etirazını bildirmişdi. O həmçinin uzun illər şirkətin maliyyə idarəsində çalışan Allen Vayselberqi məhkəmə ilə əməkdaşlıq etdiyinə və avqust ayında vergidən yayındığını etiraf edərək şirkət əleyhinə ifadə verdiyinə görə sərt tənqid etmişdi.

Trampın iddiası budur ki, şirkət “Vayselberqin şəxsi cinayətlərinə görə cəzalandırılır”.

Qeyd edək ki, “Trump Organization”un törəmə şirkətləri olan “Trump Corp” və “Trump Payroll” da 17 cinayətdə, o cümlədən vergi fırıldaqçılığında təqsirli bilinib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?