29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fransa ilə Almaniya inflyasiya və enerji böhranı ilə mübarizəni gücləndirmək barədə razılığa gəliblər

Fransa ilə Almaniya inflyasiya və enerji böhranı ilə mübarizəni gücləndirmək barədə razılığa gəliblər

Fransa-Almaniya İqtisadi və Maliyyə Şurasının videokonfrans iclasından sonra Almaniyanın maliyyə naziri Kristian Lindner, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek və Fransanın maliyyə maziri Le Mar Berlində birgə mətbuat konfransı keçiriblər.

Le Mar bildirib ki, Fransa və Almaniya vətəndaşlara yüksək inflyasiya ilə mübarizədə kömək etməkdə eyni fikirdədirlər. Hər iki ölkənin enerji böhranı ilə daha operativ mübarizə aparmaq üçün əlavə siyasət tədbirləri araşdırdığını vurğulayan Le Mar deyib: "Enerji istehlakının azaldılmasının zəruri olduğu məsələsində də həmfikirik. Bu istiqamətdə daha sürətli hərəkətə keçməyə və irəliləməyə ehtiyac var".

Le Mar ABŞ-ın İnflyasiyanın Azaldılması Aktının Avropa ölkələri üçün narahatlıq doğurduğunu ifadə edib.

Almaniyanın maliyyə naziri Kristian Lindner vurğulayıb ki, Avropanın rəqabət qabiliyyəti artarsa, ABŞ-ın İnflyasiyanın Azaldılması Aktı ilə bağlı narahatlığa ehtiyac qalmayacaq. Sərmayə bazarlarını gücləndirmək üçün Fransa ilə daha çox işləməyə qərar verdiklərini ifadə edən K.Lindner "Yeni Avropa maliyyə alətlərinə ehtiyac görmədiyini” bildirib.

Almaniyanın iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek yüksək enerji qiymətlərinin aşağı salınmasının zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin İnflyasiyanın Azaldılması Aktı Avropa İttifaqı tərəfindən avtomobil və bərpa olunan enerji sektorlarında "ayrı-seçkilik" etdiyi üçün tənqid edilir. ABŞ-nin qəbul etdiyi qanun yerli istehsal olan elektrik avtomobillərini vergi güzəştləri ilə dəstəkləyir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?