1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ ölkələri 428 milyard avro həcmində avtomobil vergisi toplayıblar

Aİ ölkələri 428 milyard avro həcmində avtomobil vergisi toplayıblar

Avropa Avtomobil İstehsalçıları Birliyinin vergilərlə bağlı yaydığı statistik məlumatlara əsasən, Almaniya, Fransa, İngiltərə, İtaliya, İspaniya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Yunanıstan, İrlandiya, Hollandiya, İsveç, Portuqaliya və Lüksemburq avtomobillərdən alınan ƏDV, satış, qeydiyyat, avtomobil və yanacaq kimi vergilərdən ildə 428 milyard avro vəsait əldə ediblər. Avropa İttifaqı (Aİ) ölkələri arasında avtomobillərdən ən çox vergi Almaniyada yığılıb. Bu ölkə ildə 92 milyard avro vergi gəliri ilə Aİ ölkələri arasında birinci yeri tutur. Siyahıda Almaniyadan sonra Fransa (79 milyard avro), İtaliya (74,4 milyard avro), İngiltərə (56,3 milyard avro), İspaniya (28,1 milyard avro), Hollandiya (20,3 milyard avro) və Belçika (19,6 milyard avro) gəlir.

Qeyd edək ki, Aİ-də avtomobil sektoru ümumilikdə 13,3 milyon insanı birbaşa və dolayı yolla işlə təmin edib. Avtomobil istehsalı isə 3,4 milyon insana məşğulluq imkanı yaradıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?