29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının iclası keçirilib

Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının iclası keçirilib

Sentyabrın 21-də İsveçrənin Cenevrə şəhərində İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) ümumi yığıncağı keçirilib. İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə hər iki ölkədən palataya üzv olan şirkətlərin, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Muriel Peneveyre, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaude Haegi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, “SOCAR Trading”in prezidenti Məryəm Almaszadə və "İSR Holdinq"in baş icraçı direktoru Rauf Xəlilov ölkələrimiz arasında əməkdaşlığa, palatanın fəaliyyətinə, iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair çıxış ediblər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?