26 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

CAREC Beyin Mərkəzlərinin İnkişaf Forumu keçirilib

Sentyabrın 15-də Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu (CI) və İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) təşkilatçılığı ilə CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumu təşkil olunub. 2016-cı ildən ənənəvi olaraq tematik mövzular üzrə keçirilən forumun budəfəki mövzusu “İnklüziv və davamlı iqtisadiyyatlar üçün artım dinamiklərinin yenidən kalibrlənməsi”dir.
Forumun açılışında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycanın AİB və CAREC-lə səmərəli əməkdaşlığını, işğaldan azad olunmuş ərazilərimizin bərpasının və yenidənqurulmasının regional əməkdaşlığa böyük töhfə verdiyini diqqətə çatdırıb, “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn vəzifə və hədəflər barədə məlumat verib.
Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen CAREC-in regional iqtisadi əməkdaşlıqda, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsində rolunu qeyd edib və bu baxımdan Forumun əhəmiyyətini vurğulayıb.
Sonra CAREC İnstitutu və İqtisadi Elmi Tədqiqat İnstitutu arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi CAREC İnstitutunun direktoru Seyid Şakil Şah və ESRI-nin İdarə Heyətinin sədri Mahir Hümbətov imzalayıb.
Forumda AİB-in baş direktoru Albert Park, CAREC İnstitutunun baş iqtisadçısı Hans Holzhaker, Beynəlxalq Valyuta Fondunun Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional potensialın inkişafı mərkəzinin direktoru Norbert Funke, ESRI-nin əməkdaşları İlham Hümbətov və Natiq Mədətov, həmçinin beynəlxalq maliyyə qurumları, yerli və xarici beyin mərkəzləri, dövlət və özəl sektorun nümayəndələri və beynəlxalq ekspertlərin məruzələri dinlənilib, panel müzakirələr keçirilib.
İki gün davam edəcək forum öz işini inkişaf modelləri və strategiyaların nəzərdən keçirilməsi, CAREC Beyin Mərkəzləri Şəbəkəsinin (CTTN) regional araşdırma hesabatı, dayanıqlı inkişaf məqsədləri, iqlim dəyişikliyi və “yaşıl” enerji, geosiyasi qeyri-müəyyənliklər, COVID-19 pandemiyasının artım və inklüzivliyə təsiri, regional rifah üçün alyansların qurulması üzrə sessiyalar və panel iclaslarla davam etdirəcək.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?