25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Danimarka əməyin vergiyə cəlb edilməsi qaydalarını modernləşdirməyə çalışır

Danimarka əməyin vergiyə cəlb edilməsi qaydalarını modernləşdirməyə çalışır

Danimarkanın Vergilər Nazirliyi texnoloji işlənmələrə əsaslanmaqla vergi sisteminin məşğulluğun yeni formalarına uyğunlaşdırılması yollarının araşdırıldığı barədə açıqlama verib. Açıqlamada qeyd olunur ki, hökumət məşğul və özüməşğul əhali kateqoriyasına mənsub insanlar üçün gəlir vergisi və əlavə dəyər vergisi ilə bağlı problemlərin araşdırılması üzərində iş aparır.

Vergi administrasiyasının məlumatına görə, hazırda ölkədə 300 min şəxs özüməşğul əhali kateqoriyasına salına bilər. Bu qəbildən olan işçilər gəlir vergisi və ƏDV ödəyərkən öz öhdəliklərini yerinə yetirməkdə problemlərlə üzləşirlər. Onların üzləşdikləri ciddi çətinliklərdən biri də gəlir vergisini və ƏDV-ni dəqiq ödəmək istəyərkən inzibati problemlərlə qarşı-qarşıya gəlmələridir. Nazirliyin açıqlamasında bildirilib ki, yeni müəssisə açan şəxslərdən əlavə, blogerlik və kontentin axın halında verilməsi fəaliyyətləri ilə məşğul olan şəxslər də çox vaxt qeyri-məşğul və vergi məqsədi daşımayan muzdlu işçi hesab edilirlər.

Ölkənin vergi və gömrük administrasiyalarına 2019-cu ildə vergilərlə bağlı hansı probelemlərin həll edilməsinin mümkünlüyü barədə tövsiyələrini vermək tapşırılıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması