29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Bakı Bəyannaməsi imzalanıb

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Bakı Bəyannaməsi imzalanıb

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, İran İslam Respublikası və Rusiya Federasiyası arasında birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb. Bəyannaməni Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasemi və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar.
Bəyannamədə tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər, həmçinin 2030-cu ilə qədər tərəflərin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar. Tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrupun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətlərini vurğulayıblar.
Bundan əlavə, tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildiriblər.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?