27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın növbəti iclası Tbilisidə keçiriləcək

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın növbəti iclası Tbilisidə keçiriləcək

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın növbəti iclasının bu il Tbilisidə keçirilməsi nəzərdə tutulub. İclas çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum təşkil olunacaq.
Bu barədə Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri Nəriman Qurbanov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlər davam edir.
“Ölkələrimiz arasında uzun əsrlər davam edən dostluq münasibətləri var. İndi bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Postpandemiya dövründə bir neçə yüksək səviyyəli görüşlər həyata keçirilib. İnanırıq ki, bugünkü tədbir ikitərəfli əlaqələrə, əməkdaşlığa töhfə verəcək”, – deyə N.Qurbanov vurğulayıb.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?