29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ ABŞ-ın elektrik avtomobillərinə görə tutulan vergini azaltmaq planına etiraz edib

Aİ ABŞ-ın elektrik avtomobillərinə görə tutulan vergini azaltmaq planına etiraz edib

Avropa İttifaqı (Aİ) ABŞ-ın yerli istehsal olan elektrik avtomobillərini vergi güzəştləri ilə təşviq etməyi nəzərdə tutan qanun layihəsindən narahatdır.

Aİ Komissiyasının sözçüsü Miriam Qarsia Ferrer Brüsseldə keçirilən mətbuat konfransında ABŞ Senatında qəbul edilmiş və Nümayəndələr Palatasında səsə qoyulacaq "İnflyasiyanın azaldılması qanun layihəsi" çərçivəsində elektrik avtomobilləri üçün vergilərin azaldılması planı ilə bağlı açıqlamalar verib.

Ferrer xarici istehsalçılara qarşı ayrı-seçkilik olunduğunu qeyd edərək, "Aİ ABŞ-ın hazırda müzakirə etdiyi yeni transatlantik ticarət maneəsindən dərin narahatlıq keçirir", - deyib.

Sözügedən təşəbbüsün Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun olmadığına diqqət çəkən Ferrer ABŞ-ı qanun layihəsindəki ayrı-seçkilik ünsürlərini aradan qaldırmağa və ÜTT tələblərinə tam uyğunluğu təmin etməyə çağırıb.

Ferrer vergi endirimlərinin elektrikli nəqliyyat vasitələrinə tələbatı artırmaq üçün əhəmiyyətli bir stimul olduğunu qəbul etdiklərini, bununla belə, atılan addımların ədalətliliyini təmin etməyin lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ-da inflyasiyanın azaldılması məqsədi daşıyan qanun layihəsi vergi endirimləri ilə elektrik avtomobillərinin alınmasını təşviq etməyi də nəzərdə tutur.

Bu çərçivədə, Şimali Amerikada istehsal edilən və yerli mədənlərdən alınan minerallarla işləyən batareyalardan istifadə edən elektrikli nəqliyyat vasitələri üçün 7 min 500 dollara qədər vergi güzəşti edilməsi planlaşdırılır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?