24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin ƏDV-nin qaytarılmasını sürətləndirir

Çin ƏDV-nin qaytarılmasını sürətləndirir

Maliyyə Nazirliyi və Dövlət Vergi Administrasiyasının birgə yazılı açıqlamasına görə, Çin əlavə dəyər vergisi (ƏDV) krediti güzəştlərini daha çox sənaye sahəsinə tətbiq edəcək. Bildirilib ki, bu qərar biznesin çətinlikdən çıxmasına kömək etmək və ölkədə iqtisadiyyatı sabitləşdirmək səyləri çərçivəsində qəbul edilib. Açıqlamada, iyulun 1-dən topdan və pərakəndə satış, kənd təsərrüfatı, yaşayış və ictimai iaşə kimi sektorlarda şirkətlərin ƏDV kreditinin geri qaytarılması siyasətindən faydalanmağa başlayacağı bildirilib.

Açıqlamaya görə, yeni əlavə edilmiş ƏDV kreditləri hər ay tam geri qaytarılacaq. Çin müəssisələrə pul axınını tənzimləmək və bazar qurumlarının canlanmasını dəstəkləmək məqsədilə bu il ƏDV-nin qaytarılmasını sürətləndirib. Maliyyə Nazirliyi bu ayın əvvəlində bildirmişdi ki, Çində bu il ƏDV krediti güzəştləri məbləğinin 1,64 trilyon yuana (təxminən 246 milyard dollar) yüksələcəyi gözlənilir.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması