28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şakira vergidən yayınma ittihamı ilə İspaniyada mühakimə olunacaq

Şakira vergidən yayınma ittihamı ilə İspaniyada mühakimə olunacaq

Barselona Məhkəməsi İspaniyada olduğu müddətdə əldə etdiyi gəlirləri “vergi cənnəti” ölkələrində gizlədərək vergidən yayınmaqda günahlandırılan Şakiranın etirazlarını rədd edib və onun mühakimə olunmasına qərar verib. Məhkəmə müğənninin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər dəlil olduğu qənaətinə gəlib.

Prokurorluq 2012-2014-cü illərdə 14,5 milyon avro məbləğində vergidən yayınma iddiası ilə Şakiraya qarşı 6 müxtəlif ittiham üzrə cərimə və həbs cəzası tələb edir.

Şakiranın işi ilə məşğul olan hüquq firması tərəfindən verilən açıqlamada isə kolumbiyalı müğənninin "haqlı olduğu üçün günahsızlığını müdafiə etməyə davam edəcəyi" bildirilib.
Hüquq firmasının açıqlamasına görə, “müdafiə tərəfinin irəli sürdüyü iddialar məhkəmə tərəfindən rədd edilməyib və proses adi qaydada davam edir”.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?