24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİİ internet mağazalarından ikiqat ƏDV tutulmasını ləğv edə bilər

Aİİ internet mağazalarından ikiqat ƏDV tutulmasını ləğv edə bilər

Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrdə onlayn mağazaların ikiqat vergitutmadan azad olunacağı hədd müəyyən edilə bilər. “İzvestiya” qəzetinin Rusiyanın Sənaye və Ticarət Nazirliyinə istinadən yaydığı məlumata görə, bu məsələ Qırğızıstanın paytaxtında keçirilmiş Avrasiya İqtisadi Forumunda müzakirə olunub.

İnternet Ticarət Şirkətləri Assosiasiyasının (AKIT) rəhbəri Artyom Sokolov bildirib ki, hazırda Aİİ çərçivəsində fəaliyyət göstərən onlayn pərakəndə satıcılar iki dəfə ƏDV ödəyirlər: malın yola salındığı ölkədə və təyinat ölkəsində. Bu vəziyyət Aİİ ölkələrinin milli qanunlarında 2022-ci ildə qüvvəyə minmiş bir sıra dəyişikliklərlə əlaqədar yaranıb. Ekspert qeyd edib ki, başqa ölkələrin şirkətləri məhsulları idxal edən ölkədə ƏDV ödəmirlər.

Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətindən "İzvestiya"ya verilən məlumata görə, hazırda Aİİ üzvü olan dövlətlərin onlayn mağazalarının təyinat yerində ƏDV ödəməkdən azad ediləcəyi həddinin müəyyənləşdirilməsi müzakirə olunur. Bununla belə, dövlətlər bu həddin nə qədər olacağı ilə bağlı hələ razılığa gələ bilməyiblər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?