28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BVF qlobal iqtisadiyyatın İkinci Dünya Müharibəsindən sonra ən pis vəziyyətə düşdüyünü bildirib

BVF qlobal iqtisadiyyatın İkinci Dünya Müharibəsindən sonra ən pis vəziyyətə düşdüyünü bildirib

Beynəlxalq Valyuta Fondunun (BVF) yaydığı son hesabatda qlobal iqtisadiyyatın İkinci Dünya Müharibəsindən bəri ən pis vəziyyətə düşməsinin koronavirus pandemiyası, geosiyasi gərginlik və iqlim dəyişikliyi təhlükəsi səbəbindən baş verdiyi vurğulanıb. Nəticədə bütün dünyada inflyasiya artıb, ərzaq və enerji məhsulları bahalaşıb.

BVF ekspertlərinin fikrincə, dünya iqtisadiyyatının vəziyyətini yaxşılaşdırmaq üçün bu addımların atılması zəruridir:

• ticarət məhdudiyyətlərinin yumşaldılması;

• borcların ödənilməsi probleminin, o cümlədən ödənişlərin restrukturizasiyası yolu ilə həll edilməsi;

• transsərhəd köçürmələr sisteminin modernləşdirilməsi;

• iqlim dəyişikliyi probleminin həll edilməsi.

BVF-nin hesabatında qeyd olunub ki, böhranın nəticələri ilk növbədə ən çox borclanmış ölkələrə və şirkətlərə təsir edəcək: onlar tədarük zəncirlərini yenidən qurmalı olacaqlar. BVF-nin qənaətinə görə, mənfi nəticələr əhalinin bütün kateqoriyalarına, o cümlədən ən zənginlərə də təsir edəcək.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?