29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Tennis üzrə keçmiş dünya çempionu vergidən yayındığına görə azadlıqdan məhrum edilib

Tennis üzrə keçmiş dünya çempionu vergidən yayındığına görə azadlıqdan məhrum edilib

London məhkəməsi məşhur idmançı, tennis üzrə keçmiş dünya çempionu Boris Bekkeri vergi borclarını ödəməmək məqsədilə maliyyə aktivləri haqqında məlumatları gizlətdiyinə görə 2,5 il müddətinə həbs cəzasına məhkum edib.

TASS agentliyinin məlumatında qeyd edilib ki, B.Bekker 2017-ci ildə müflis elan olunmuşdu. Məhkəmənin qənaətinə görə, həmin vaxt o, 1 milyon funt sterlinq (hazırkı məzənnə ilə 1,3 milyon dollar) dəyərində daşınmaz əmlak, aldığı iri bank krediti, həmçinin əvvəllər əldə etdiyi səhm paketi barədə məlumatları səlahiyyətli orqanlardan və kreditorlardan gizlədib. Bundan əvvəl isə 2002-ci ildə o, vergidən yayındığına görə Almaniyada 2 il müddətində şərti məhkumluq cəzası almışdı.

"Siz xəbərdarlıqdan nəticə çıxartmamısınız və şərti cəza verilməklə sizə yaradılan imkandan istifadə etməmisiniz ki, bu, sizin üçün əhəmiyyətli dərəcədə ağırlaşdırıcı haldır", - məhkəməni aparan hakim xanım Debra Taylor hökmü elan edərkən B.Bekkerə deyib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?