29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avropada rəqəmsal xidmətlər bazarı qanunla tənzimlənəcək

Avropada rəqəmsal xidmətlər bazarı qanunla tənzimlənəcək

Avropa İttifaqında (Aİ) “Rəqəmsal xidmətlər bazarı haqqında” qanun (Digital Services Act) layihəsinə dair prinsipial razılıq əldə edilib. Hazırlanmasına iki ildən əvvəl başlanmış, lakin COVID-19 pandemiyası səbəbindən dayandırılmış qanun iri rəqəmsal platformaların qeyri-qanuni və ya zərərli kontentlə zəruri səviyyədə mübarizə aparmamasına görə üzərinə düşən məsuliyyət ilə bağlı yeni, daha dəqiq qaydalar müəyyənləşdirir, istifadəçilərin söz azadlığı və şəxsi məlumatlarının qorunması sahəsində fundamental hüquqlarını qoruyur.

“Yeni qanun istifadəçilər üçün söz azadlığı və rəqəmsal biznes üçün yeni imkanlar yaradaraq internet məkanını daha təhlükəsiz yerə çevirmək məqsədi daşıyır. O, həmçinin “qeyri-qanuni oflayn olan onlayn da qeyri-qanunidir” prinsipini aydın şəkildə ifadə edəcək", - Avropa Komissiyasının sədri Ursula fon der Leyen razılaşdırılmış “Rəqəmsal xidmətlər bazarı haqqında” qanun layihəsini bu sözlərlə səciyyələndirib.

Bildirilib ki, yeni qanun “insan hüquqlarına hörmət, azadlıq, demokratiya, bərabərlik və qanunun aliliyi kimi Avropa dəyərlərinə əsaslanır”. Bu qanun “istifadəçilərin, internet vasitəçilərinin, o cümlədən ən nəhəng onlayn platformaların və dövlət qurumlarının hüquq və vəzifələrini yenidən balanslaşdırmaq” üçün nəzərdə tutulub. “Rəqəmsal xidmətlər bazarı haqqında” qanun istehlakçıları mallara, xidmətlərə və ya kontentə bağlayan bütün rəqəmsal xidmətlərə şamil ediləcək. Onlar qeyri-qanuni kontenti daha tez silə, eləcə də onlayn istifadəçilərin fundamental azadlıqlarını daha ardıcıl şəkildə qoruya biləcəklər.

Vurğulanıb ki, Avropa Komissiyası “ən nəhəng internet məkanlarında” yeni qaydalara əməl olunmasına nəzarət etmək üçün xüsusilə sərt yanaşma tətbiq edəcək.

Razılaşdırılmış qanun layihəsi bundan sonrakı mərhələdə Avropa Parlamenti və Avropa Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.

Qanunun Aİ ölkələrində 2024-cü ilin yanvarından başlayaraq 15 ay ərzində qüvvəyə minməsi nəzərdə tutulur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?