25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çində bu ilin birinci rübündə ÜDM 4,8 faiz artıb

Çində bu ilin birinci rübündə ÜDM 4,8 faiz artıb

2022-ci ilin ilk rübündə Çində ümumi daxili məhsul (ÜDM) istehsalı 27,018 trilyon yuana (4,3 trilyon dollara) çatıb ki, bu da illik ifadədə 4,8 faizlik artım deməkdir. “Reuters” agentliyinin xəbərinə görə, hökumət bu ilin yekunlarına görə, ÜDM artımının 5,5 olacağını gözləyir.

Birinci rübün digər nəticələri:

  • əhalinin hər nəfərinə düşən gəlirlər – 6,3 faiz artım;
  • işsizlik 5,5 faiz (2021-ci ildə 5,1 faiz olmuşdu);
  • sənaye istehsalı – 6,5 faiz artım;
  • əsas kapitala investisiyalar – 9,3 faiz artım;
  • pərakəndə satış – 3,3 faiz artım;
  • neft hasilatı – 4,4 faiz artım;
  • qaz hasilatı – 6,6 faiz artım.

Qeyd edək ki, 2021-ci ildə Çinin ÜDM artımı son on ilin rekord göstəricisinə çatmış, 8,1 faiz olmuşdu.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması