6 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı: “2022-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi 39,6 faizə çata bilər”

Ukraynadakı əməliyyatlar Ermənistan iqtisadiyyatına, ehtimal ki, əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək, baxmayaraq ki, bu təsirin miqyasları hələ qeyri-müəyyən qalır. Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadiyyatına həsr etdiyi məruzədə bildirilib. Qeyd edilib ki, Ermənistan Rusiya ilə sıx iqtisadi əlaqələrə malikdir, 2018-2022-ci illərdə Ermənistanın ixracının 28 faizi, idxalının isə 30 faizi Rusiyanın payına düşüb. Bundan əlavə, 2021-ci ildə Rusiyadan pul göndərişləri ÜDM-in 5 faizini təşkil edib, birbaşa xarici sərmayələrin xalis həcminin 41 faizi Rusiyanın hüquqi şəxslərinə aid olub, ölkəyə gələn bütün turistlərin 40 faizi Rusiyadan gəlib.

Məruzədə göstərilib ki, 2022-ci il üçün Ermənistan iqtisadiyyatının hərbi əməliyyatlara qədər 5,3 faiz göstərilən artım proqnozu pul göndərişlərinin və real əməkhaqqı səviyyəsinin minimum səviyyəyə enməsi, investisiya qoyuluşuna təsir göstərən qeyri-müəyyənliyin artması, eləcə də Rusiyaya ixracın azalması, qlobal və regional iqtisadi artımın ləngiməsi nəzərə alınmaqla 1,2 faizə endirilib.

Dünya Bankının proqnozuna əsasən, 2022-ci ildə Ermənistanda əhalinin yoxsulluq səviyyəsi 39,6 faizə çata bilər ki, bu da müharibənin olmaması ssenarisi ilə müqayisədə 3 faiz bəndi yüksək göstəricidir.

Qeyd edilib ki, iqtisadiyyatın kövrəkliyi pul göndərişlərinin azalmasına, kommunal xidmətlərin qiymətlərinin yüksəlməsinə və ərzaq məhsullarının bahalaşmasına görə arta bilər. Hesabatda göstərilib ki, ölkə iqtisadiyyatı ilə bağlı proqnoz dəyişkən qlobal və regional şərtlərlə əlaqədar qeyri-müəyyəndir. “Ukraynadakı uzun sürən münaqişə, Rusiyada davamlı və nəzərəçarpan azalma, dünya əmtəə bazarlarındakı gələcək boşluqlar və Ermənistan sərhədləri boyunca hələ həll edilməmiş geosiyasi problemlər risk yaradır. Digər tərəfdən, Rusiyadan insanları axını davam edərsə, bu, iqtisadiyyata müsbət təsir göstərə bilər”, - məruzədə göstərilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?