25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yeni Zelandiya turistlərdən əlavə vergi tutmağa hazırlaşır

Yeni Zelandiya turistlərdən əlavə vergi tutmağa hazırlaşır

Ölkədə fəaliyyət göstərən "Yaşıl partiya" ("Taonga Levy") parlamentdə infrastruktur və ekoloji təşəbbüslər üçün xərclərin maliyyələşdirilməsi məqsədilə kənardan gələn turistlərdən vergi tutulması barədə təklif irəli sürüb. Qeyd edək ki, hazırda Yeni Zelandiyada turistlərdən vergi tutulur. Yeni təklif həmin vergiyə 14-18 Yeni Zelandiya dolları (16-20 manat) əlavə edilməsini nəzərdə tutur. Təklifdə bildirilir ki, bu vergi yalnız ölkəyə gələn xarici vətəndaşlardan tutulacaq. Gözlənildiyinə görə, qarşıdakı altı il ərzində bu ölkəyə gələn əcnəbi turistlərin sayı illik 4,5 milyon nəfərə çatacaq. Əlavə vergidən gələcək daxilolmaların 70:30 nisbətində bölünməsi təklif edilir: qanun qəbul olunsa, əldə edilən vəsaitin 70 faizi təbiətin qorunmasına, 30 faizi isə turizm infrastrukturunun maliyyələşdirilməsinə yönəldiləcək.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması