1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Malayziyanın vergi islahatları özünü doğruldur

Malayziyanın vergi islahatları özünü doğruldur

Dünya Bankı Malayziyada 2018-ci ildə vergi sahəsində əldə edilmiş əhəmiyyətli irəliləyişləri yüksək qiymətləndirib. Bu barədə yayılmış açıqlamada mal və xidmətlər üçün vergilərin ödənişinin onlayn sistemi xüsusi vurğulanıb. Qeyd edilib ki, aparılan islahatlar sayəsində orta şirkətlərin vergi ödəmələrinin sayı təxminən üçdə birə qədər azalıb. Malayziyanın "Productivity Comporation" təşkilatının baş direktorunun müavini bildirib ki, dövlət iqtisadiyyata təsir göstərən dəyişiklikləri sürətləndirmək niyyətindədir. Onun sözlərinə görə, qəbul edilən hər bir hüquqi-normativ aktın öz məqsədi var: "Bizim məqsədimiz insanları ölkəmizdə bizneslə məşğul olmağın asanlığına və sadəliyinə inandırmaqdır".

Malayziyada 2019-cu ilin dövlət büdcəsində biznes üçün bir sıra güzəştlər nəzərdə tutulub. Buraya şirkətlər üçün korporativ verginin dərəcəsinin aşağı salınması, onların illik gəlirlərinin vergi tutulmayan hissəsinin artırılması da daxildir. İslahatlarda kiçik və orta biznesin inkişafına xüsusi diqqət yetirilir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?