29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
UEFA Çempionlar Liqasının final oyunu ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək

UEFA Çempionlar Liqasının final oyunu ilə əlaqədar vergi güzəştləri tətbiq ediləcək

Rusiya Dövlət Dumasının deputatları keçirilməsi nəzərdə tutulan UEFA Çempionlar Liqasının final oyunu ilə bağlı fəaliyyətlər üçün vergi güzəştlərini ehtiva edən qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

UEFA-nın hazırda qüvvədə olan tənzimləyici sənədlərinin tələblərinə uyğun olaraq güzəştlər əlavə dəyər vergisinə, fiziki şəxslərin gəlir vergisinə, mənfəət vergisinə, dövlət rüsumlarına, nəqliyyat vergisinə, müəssisələrin əmlak vergisinə və sığorta haqlarına tətbiq olunacaq.

Rusiya təşkilatları (o cümlədən Rusiya Futbol İttifaqı və onun yerli təşkilat strukturları) yalnız final oyununa hazırlıq və oyunun keçirilməsi ilə bağlı fəaliyyətlərinə görə vergidən azad ediləcək.
Fiziki şəxslərin gəlir vergisinə və sığorta haqlarına güzətlər isə yalnız xarici vətəndaşlara, eləcə də final oyunlarının keçirilməsi ilə bağlı fəaliyyətlərə cəlb edilən vətəndaşlığı olmayan şəxslərə aiddir.
VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?