29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avropa Parlamentində "qızıl pasport"un qadağan olunması müzakirə ediləcək

Avropa Parlamentində "qızıl pasport"un qadağan olunması müzakirə ediləcək

Avropa Parlamentinin (AP) deputatları Avropa İttifaqının (Aİ) bəzi ölkələrində “sərmayə qarşılığında vətəndaşlıq” verilməsinin qadağan olunması ilə bağlı məsələ qaldırıb.
AP-nin Mülki Hüquq, Ədalət və Daxili İşlər Komitəsi “qızıl pasportun” qadağan edilməsi, eləcə də “qızıl viza” üçün ortaq Aİ qaydalarının tətbiqi üçün qanun layihəsinin hazırlanmasını əhatə edən hesabatı qəbul edib. Sənəd mart ayında müzakirəyə çıxarılacaq.
Əxlaqi, hüquqi və iqtisadi baxımdan arzuedilməz olan “qızıl pasport”ların Aİ vətəndaşlığına zərər verdiyi vurğulanan hesabatı hazırlayan deputatların mövqeyinə görə, vətəndaşlıq satlığa qoyulan mal deyil, hüquqdur. Üzv ölkələr özlərinə aid olmayan bir şeyi satmaqla Aİ etibarından sui-istifadə etmiş olurlar.
Hesabat müəllifləri sərmayə qarşılığı verilən yaşayış icazəsinin də ortaq Aİ qanunlarına tabe edilməsinə, bununla da çirkli pulların yuyulmasının, korropsiya və vergi qaçaqlığının qarşısının alınmasına diqqət yönəldiblər.
Qeyd edək ki, Aİ-yə üzv ölkələrdən Bolqarıstan, Kipr (yunan kəsimi) və Maltada “qızıl pasport”, 12 ölkədə isə fərqli şərtlərlə “sərmayə qarşılığında yaşayış icazəsi” tətbiq olunur.
2011-ci ildən 2019-cu ilədək Aİ daxilində vergi qaçaqlığına imkan yaradan bu güzəştlərdən 130 min nəfər faydalanıb və onu tətbiq edən ölkələr ümumilkdə 21,8 milyard avro vəsait əldə edib.
VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?