29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyədə apteklərin üzərindən asılan lövhələrə görə vergi tutulacaq

Türkiyədə apteklərin üzərindən asılan lövhələrə görə vergi tutulacaq

Apteklər də digər alış-veriş məkanları kimi elan vergisi ödədiyi üçün Türkiyə Apteklər Birliyi 2018-ci ildə apteklərin cəmiyyətin sağlamlığını qorumaq məqsədilə fəaliyyət göstərən səhiyyə qurumları olduqlarını səbəb göstərərək bu obyektlərin üzərindəki lövhələrə görə tutulan verginin ləğv olunması barədə məhkəmə iddiası qaldırmışdı. Yerli instansiyalarda başlayan məhkəmə marafonu ölkənin ən yüksək məhkəmələrinə çatdı. Məhkəmələr fərqli qərarlar verdiyinə görə işə Türkiyə Danıştayında (Dövlət Şurasında) baxılıb. Dövlət Şurasının Vergi Məhkəməsi İdarələri Qurumu bələdiyyələr tərəfindən həm lövhə, həm də aptek loqosu üçün vergi tutulmasına qərar verib.

Qərara əsasən, 2018-ci ildən məhkəmə qərarı ilə lövhə vergisi ödəməyən apteklər indi həm lövhə, həm də loqo vergisi ödəyəcəklər. Lövhələrin hər kvadratmetri üçün 30-150 lirə (təxminən 4 manatdan 19 manatadək) vergi tutulacaq. 4 metrlik aptek lövhəsi üçün illik maksimum vergi məbləği isə 450 lirə (57 manat) müəyyənləşdirilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?