1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Polşada taksi sürücüləri "Uber"ə və ABŞ səfirliyinə etiraz ediblər

Polşada taksi sürücüləri "Uber"ə və ABŞ səfirliyinə etiraz ediblər

Ölkənin müxtəlif şəhərlərindən Polşanın paytaxtı Varşava şəhərinə gələn minə yaxın taksi sürücüsü "Uber" şirkətinin və internet tətbiqləri çərçivəsində fəaliyyət göstərən digər şəxslərin ölkənin nəqliyyat və vergi qanunverciliyinə tabe olmalarını tələb ediblər. "Qanun hər kəsə aid olmalıdır" şüarını irəli sürən sürücülər internet vasitəsilə idarə edilən ayrı-ayrı şirkətlərdə çalışanların iş təhlükəsizliyi və sağlamlıq təlimi keçmədiklərinə diqqət yönəldiblər. "Onlar da bizim kimi qanun və qaydalara tabe olsunlar, bizim kimi vergi versinlər, təlim keçsinlər", - deyən taksi sürücüləri mövcud qanunvericilikdə dəyişiklik edilməsi tələbi ilə Nazirlər Kabinetinin önündə də öz etirazlarını davam etdiriblər. Taksi sürücülərinin etirazına səbəb isə ABŞ-ın Varşavadakı səfiri Georgette Mosbaçenin Polşanın nəqliyyat naziri Andrjey Adamçuka müraciəti olub. Səfir nazirdən internet vasitəsilə taksi xidməti göstərən şirkətlərin fəaliyyətini məhdudlaşdıran qanun layihəsinin ləğv olunmasını xahiş edib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?