29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bir qrup zəngin insan onlardan daha çox vergi tutulması ilə bağlı müraciət imzalayıb

Bir qrup zəngin insan onlardan daha çox vergi tutulması ilə bağlı müraciət imzalayıb

Dünyanın 100-dən artıq ən zəngin insanı onlardan daha artıq vergi tutulması ilə bağlı hökumətlərə müraciət edib.

“Oxfam International”ın rəsmi saytında yayılmış xəbərə görə, “Vətənpərvər milyonerlər” adlanan təşkilat bəyan edib ki, varlı insanları koronavirus pandemiyasından sonra dünya iqtisadiyyatının bərpa olunması üçün öz töhfələrini verməyə məcbur etmək lazımdır. Bununla əlaqədar milyonerlər Davos İqtisadi Forumuna müraciət edərək varlılardan daha çox vergi tutulmasını təklif ediblər.

“Biz hazırkı vergi sisteminin ədalətli olmadığını bilirik. Dünya son iki ildə böyük əzablar yaşadığı halda, biz pandemiya dövründə öz sərvətlərimizin artdığının şahidi olduq. Lakin bizim aramızdan çox az insan vicdanla deyə bilər ki, öz vergi borclarını ədalətli şəkildə ödəyəcək”, - Davos Forumuna ünvanlanmış açıq məktubda bildirilir.

Məktubu imzalayanlar arasında “Disney” şirkətinin varisi Ebigeyl Disney, “Amozon” şirkətinin ilk sərmayədarlarından biri, amerikalı sahibkar Nik Henauer, Danimarka-İran sahibkarı Cəfər Şalçi və avstriyalı tələbə, “BASF” şirkətinin varisi Marlen Engelhorn da var.

Müraciətdə vurğulanıb ki, 2020-ci ilin mart ayından bəri ən kasıb təbəqələrin gəlirlərinin azalması hər gün 21 min insanın ölümünə yol açdığı halda, dünyanın 10 ən varlı insanı öz sərvətlərini iki dəfədən çox artırıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?