29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada üç il üçün vergilərlə bağlı planlar açıqlanıb

Rusiyada üç il üçün vergilərlə bağlı planlar açıqlanıb

Rusiya hökuməti qarşıdakı üç ildə fiziki şəxslərin gəlir vergisi (FŞGV), əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisinin dərəcələrini dəyişməyəcək. Maliyyə naziri Anton Siluanov “Rossiya 24” kanalına müsahibəsində bu bəyanatı verib.

Hazırda ölkədə ƏDV-nin dərəcəsi 20 faiz təşkil edir. Bu verginin dərəcəsi sonuncu dəfə 2019-cu ildə 2 faiz qaldırılıb. Bununla yanaşı, o vaxt bəzi mallar üçün 10 faizlik və 0 faizlik güzəşt dərəcələri əvvəlki kimi saxlanılıb.

FŞGV dərəcəsi əhalinin əksəriyyəti üçün 13 faizdir, lakin 2020-ci ildən illik gəliri 5 milyon rubldan artıq olanlar üçün 15 faizə qaldırılıb. Buradan əldə olunan əlavə daxilolmalar ağır xəstəliyi olan uşaqların müalicəsinə yönəldilir.

Hazırda Rusiyada mənfəət vergisinin dərəcəsi 20 faizdir. Payızda Maliyyə Nazirliyi bu verginin dərəcəsinin artırılacağının nəzərdə tutulduğunu bildirsə də, A.Siluanov son müsahibəsində mənfəət vergisinin də dərəcəsinin dəyişdirilməyəcəyini bildirib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?