29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Almaniyanın maliyyə naziri vergi yükünü 30 milyard avro həcmində azaltmaq niyyətindədir

Almaniyanın maliyyə naziri vergi yükünü 30 milyard avro həcmində azaltmaq niyyətindədir

Almaniyanın maliyyə naziri Kristian Lindner hazırkı yaşayış şərtlərini nəzərə alaraq vətəndaşların və orta biznes müəssisələrinin vergi yükünün 30 milyard avrodan artıq azaldılması ilə yanaşı, hökumətin xərclərində də qənaət edilməsini planlaşdırdığını bildirib. Bu barədə açıqlama verən maliyyə naziri qeyd edib ki, 2022-ci ilin büdcəsi əvvəlki hökumətin izlərini daşıyır, ancaq 2023-cü il üçün hazırlanan büdcəyə vergi yükünün azaldılması daxildir.
Pensiya sığortası üçün ödənilən mükafatın vergidən azad ediləcəyini, eləcə də bərpa olunan enerjinin maliyyə mənbələri üçün elektrik enerjisinin qiymətlərindəki əlavə ödəmələrin ləğv ediləcəyini bildirən maliyyə naziri deyib: “Hazırkı yaşayış şərtləri dövründə insanların və orta ölçülü biznes müəssislərinin vergi yükünü açıq şəkildə 30 milyard avrodan artıq həcmdə azaldacağıq”.
Qlobal koronavirus epidemiyasının təsirinə məruz qalan şirkətlər üçün “korona vergi qanunu” hazırlayacaqlarını bildirən maliyyə naziri vurğulayıb: “Bu çərçivədə bir silsilə yardım tədbirləri görüləcək və ya mövcud tədbirlərin əhatə dairəsi genişləndiriləcək. 2022 və ya 2023-cü illərə aid zərərlərin həcmi əvvəlki illərin mənfəətinə əsasən hesablanacaq. Heç kəs vergi borclarına görə pandemiya dövründə öz biznesini itirməməlidir.
VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?