1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yaponiyada miras qalan evlər təhvil verilə bilər

Yaponiyada miras qalan evlər təhvil verilə bilər

Yaponiyada əhalinin sayının ildən-ilə azalması ölkə vətəndaşlarını yeni bir problemlə üz-üzə qoymuşdur: heç də hamı ata-babadan qalmış mirasa yiyə durub, əmlak vergisini ödəmək istəmir. 100 yaşdan yuxarı insanların sayına görə dünyada öndə olan bu Asiya ölkəsində həyatdan köçən insanların evlərinə sahiblik etmək istəyənlərin sayı getdikcə azalır. Miras qalan evlərə ehtiyacı olmayan varislər vergi ödəmək və evlərə qulluq etmək məsuliyyətini öz üzərlərinə götürmək istəmirlər. Ona görə də miras qalan əmlakın qanuni sahibləri məsələnin həllini həmin evlərin ehtiyacı olanlara pulsuz təhvil verilməsində görürlər. Səlahiyyətli orqanlar ölkənin müxtəlif şəhərlərindən verilən bu cür elanlara turistlərin maraq göstərdiklərini bildirirlər. Bəzi evlərin elanı isə ev sahiblərinin varisi olmadığına görə yerli idarəetmə qurumları tərəfindən verilir. İndi Yaponiyada son dərəcə ucuz ev almaq mümkündür.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?