6 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avstraliya ilə Böyük Britaniya arasında 10 milyard funt sterlinq həcmində sərbəst ticarət sazişi imzalanıb

Avstraliyanın Baş naziri Skott Morrison öz ölkəsi ilə Böyük Britaniya arasında ticarəti daha əlverişli hala gətirəcək, işçilər, gənclər, istehsalçılar və biznes qurumları üçün yeni imkanlar yaradacaq sərbəst ticarət sazişinin imzalandığını bildirib: “Bu, Yeni Zelandiya istisna olmaqla, Avstraliyanın imzaladığı ən əhatəli və iddialı sərbəst ticarət sazişidir”, - Baş nazir hökumətin rəsmi internet səhifəsindən yaydığı açıqlamada qeyd edib.

Böyük Britaniyada Avstraliya vətəndaşlarına Avropa İttifaqı vətəndaşlarına bərabər hüquqlar tanıyacaq yeni ticarət sazişinin qüvvəyə minməsi ilə Avstraliyanın Böyük Britaniyaya ixrac etdiyi malların 99 faizindən çoxuna tətbiq olunan 9,2 milyard dollar dəyərində gömrük vergisi ləğv ediləcək.

Böyük Britaniya mallarına tətbiq olunan gömrük vergilərinin ləğv edilməsi ilə Avstraliyanın işgüzar mühitinin hər il 200 milyon dollar vəsaitə qənaət edəcəyi gözlənilir.

Qeyd edək ki, Avstraliya və onun ən böyük ticarət ortağı olan Çin arasında son illərdə yaranmış diplomatik anlaşılmazlıqlar səbəbindən Çin hökuməti 2020-ci ildə Avstraliyadan idxal edilən kənd təsərrüfatı mallarına əlavə gömrük vergisi qoyub.

Çin ilə problemlərin həllini tapa bilməyən Skott Morrison hökuməti Avstraliyanın kənd təsərrüfatına yeni bazarlar tapmaq və ixracatçıların Çin bazarından asılılığını azaltmaq məqsədilə yeni yollar axtarışındadır.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?