30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin internet fenomeni Xuanq Vey vergidən yayındığına görə 223 milyon dollar cərimə ödəyəcək

Çin internet fenomeni Xuanq Vey vergidən yayındığına görə 223 milyon dollar cərimə ödəyəcək

İnternet istifadəçiləri arasında Viya adı ilə məşhur olan məşhur aktrisa və müğənni Xuanq Veyə Çinin Çjeszyan əyalətinin vergi idarəsi tərəfindən 1 milyard 341 milyon yuan (223 milyon ABŞ dolları) cərimə kəsilib. Xuanq Vey “Alibaba” qrupuna aid olan “Taobao” elektron ticarət platforması və digər canlı yayım platformalarındakı məhsulların tanıdılması və satışı sahəsində uğurları ilə tanınır.

Xuanq Veyin yol verdiyi qanun pozuntuları arasında saxta bəyannamələr təqdim etməklə 643 milyon yuan (101 milyon ABŞ dolları) vəsaitin büdcədən yayındırılması da göstərilir.

ТАSS agentliyinin xəbərinə görə, ÇXR-in Dövlət Vergi İdarəsi məşhur aktrisaya qarşı vergidən yayınma ilə əlaqədar sərt tədbir görülməsini “qətiyyətlə dəstəkləyib”.

Çinin baş vergi administrasiyası ölkənin bütün vergi xidmətlərini bu cür işləri “sərt və qanun əsasında ciddi araşdırmağa”, “dövlət vergi nizamının nüfuzunu güzəştsiz şəkildə qorumağa” çağırıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?