1 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Almaniyanın dövlət borcu azalıb

Almaniyanın Federal Statistika İdarəsinin məlumatına əsasən, ölkənin 2018-ci ilin son rübündə federal, əyalət, sosial təhlükəsizlik fondları, bələdiyyə və bələdiyyə birlikləri səviyyəsində bütün əsas və əlavə büdcələri də daxil olmaqla dövlətdənxaric qurumlara dövlət borcunun məbləği 1 trilyon 914 milyard avro təşkil edib. Bu məbləğ 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz və ya 53 milyard avro azdır. Keçən ilin üçüncü rübü ilə müqayisədə isə dövlət borcu 14,4 milyard avro həcmində azalıb. Mütəxəssislər ümumi dövlət borcunun azalmasını vergi gəlirlərinin artması ilə izah edirlər.

Almaniya maliyyə baxımından güclü dövlət olsa da, ölkənin ümumi borc səviyyəsi ümumi daxili məhsulun 60 faizini təşkil edir ki, bu da avro zonası ölkələri üzrə ən yüksək göstəricidir. Almaniyanın Mərkəzi Bankı (Bundesbank) 2002-ci ildən bəri ilk dəfə olaraq keçən il vergi gəlirlərinin yüksək, faiz dərəcələrinin isə aşağı olduğuna görə ölkənin ümumi borcunun ÜDM-in 60 faizindən az olacağını proqnozlaşdırmışdı.

VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?