1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada vergidən yayınan hava yolları şirkəti ifşa edilib

Rusiyada vergidən yayınan hava yolları şirkəti ifşa edilib

Rusiya Federasiyasının Təhqiqat Komitəsinin məlumatına görə, ölkəyə gətirdiyi dörd özəl reaktiv təyyarə ilə beş ay ərzində qeyri-qanuni uçuşlar təşkil edən cinayətkar dəstənin üzvləri tutulub. Keçən ilin avqust ayında Moskvadakı Domodedovo hava limanına hansı ölkəyə mənsubluğu məlum olmayan 4 lüks reaktiv təyyarə gətirilib və həmin vaxtdan təsis edilmiş yalançı şirkət tərəfindən saxta sənədlər tərtib olunub. Bu sənədlər ilə təyyarələr icarəyə götürülərək uçuşlar həyata keçirib. "Gulfstream G150", "Embraer Legacy 650", "Bombardier GL300" və "Gulfstream G450" tipli təyyarələr beş ay ərzində Rusiya səmasında uçuşlarla böyük məbləğdə - 10 milyon dollara yaxın pul qazanıb və dövlət qeydiyyatı olmadığı üçün heç bir vergi ödənilməyib.

Qanunsuz uçuşlar aşkar edildikdən sonra cinayətkar dəstənin üzvləri və hava limanında müxtəlif vəzifələrdə çalışan şəxslər məsuliyyətə cəlb olunub. Təyyarələrin saxlanıldığı anqar nəzarətə götürülüb. Rusiya Federasiyasının Təhqiqat Komitəsi hadisə ilə bağlı açıqlama verərək araşdırma aparıldığını bildirib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?