9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türkiyəyə Çindən gələn "məktublar" vergidən yayınma vasitəsi kimi qiymətləndirilib

2018-ci ildə Türkiyə Cümhuriyyətinə poçt vasitəsilə məktub statusunda 60 milyon ticarət məqsədli məhsul daxil olub ki, bunların da təxminən 26 milyonu Çinə aiddir. Vergi itkisinə yol açan e-idxal iqtisadiyyata, xüsusi olaraq da elektron, tekstil, ayaqqabı və çanta, oyuncaq, hədiyyə, qiymətli zinət əşyaları, brilyant, aksessuar sektorlarının fəaliyyətinə mənfi təsir göstərir.

Fərdi elektron idxalın əsasən Çindən daxil olduğunu bildirən Türkiyə Həmkarlar və Birjalar Birliyinin e-ticarət məclisinin üzvü Cenk Çiydemli diqqəti bu problemə yönəldərək bildirib ki, ədalətsiz rəqabət aradan qaldırılarsa, bu sektorların əlavə dəyəri də artar. Poçtla göndərilən bir çox ticarət məhsullarından vergi tutulmadığını vurğulayan C.Çiydemli bəzi məhsulların xaricdə Türkiyə ilə müqayisədə daha ucuz olduğu üçün vətəndaşların həmin malları internet üzərindən almağa üstünlük verdiklərini bildirib: "Ancaq bu məhsullar məktub statusunda gətirildiyi üçün onlar idxal məhsuluna aid edilmir və nəticədə vergi itkisinə yol açır. Bundan əlavə, ölkədə həmin məhsulların istehsalı ilə məşğul olanlara ziyan vurur, yerli istehsalçının bazardakı payı azalır. Xarici internet saytlarından qiymətli zinət əşyaları, qızıl, brilyant gətirənlər var. E-idxalatda vergi tənzimləməsi yerli istehsalçıların bazardakı payının artmasına müsbət təsir göstərə bilər".

Yerli mütəxəssislərin hesablamalarına əsasən, 2018-ci ildə Türkiyəyə məktub formasında gətirilən məhsulların ümumi dəyəri 3 milyard avrodan artıq olub. Kənardan gətirilən hər hansı malın qiyməti 22 avrodan artıq təşkil etdikdə ona gömrük vergisi tətbiq olunur. Çin firmaları bu vergini ödəməmək üçün hətta 100 avroluq məhsulların da qiymətini 22 avrodan aşağı göstərirlər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?