1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İngiltərə razılaşmasız ayrılma ssenarisi üçün gömrük planını açıqlayıb

İngiltərə razılaşmasız ayrılma ssenarisi üçün gömrük planını açıqlayıb

İngiltərə hökuməti Avropa İttifaqından (Aİ) razılaşma olmadan ayrılmanın baş verəcəyi təqdirdə Aİ üzvü olmayan ölkələrdən ediləcək idxalata sıfır dərəcə ilə vergi tətbiq olunmasına yenidən baxılacağını bəyan edib. Hökumətin açıqlamasına əsasən, Aİ üzvü olmayan ölkələrdən gömrüksüz idxalın nisbəti 56 faizdən 92 faizə qaldırılacaq. Açıqlamada İngiltərənin Aİ-dən razılaşma olmadan ayrılacağı halda, qüvvəyə minəcəyi planlaşdırılan düzəlişdə hazırda Aİ-dən edilən 100 faizlik gömrüksüz idxalın payının 82 faizə endiriləcəyi qeyd edilib. Nəzərdə tutulan düzəlişlə İngiltərənin, Aİ də daxil olmaqla, ümumi idxalda gömrüksüz ticarətin nisbətinin 80 faizdən 87 faizə qaldırılacağı göstərilib. Bundan başqa, açıqlamaya əsasən, İrlandiya ilə Şimali İrlandiya arasında açıq sərhəd siyasəti davam edəcək, İrlandiya ilə həyata keçirilən ticarətdə gömrük vergisi və ya hər hansı gömrük nəzarəti isə tətbiq olunmayacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?