1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Uqandada "internet vergisi"nə görə milyonlarla insan sosial şəbəkələri tərk edib

Uqandada "internet vergisi"nə görə milyonlarla insan sosial şəbəkələri tərk edib

Ölkədə keçən ilin yayında internet istifadəçilərinə tətbiq edilən əlavə vergi qüvvəyə mindikdən sonra milyonlarla insan "Facebook", "Whatsapp" və "Twitter" kimi sosial media platformalarından istifadə etməkdən və mobil telefonları vasitəsilə pul köçürməkdən imtina edib. Uqanda Rabitə Komissiyasının açıqladığı rəqəmlərə görə, bu qanunun qüvvəyə minməsindən sonra ilk üç ay ərzində 2,5 milyondan artıq insan internet abunəçiliyinə son qoyub. Vergi tətbiq edilərkən maliyyə naziri Deyvid Bahati bu addımın atılmasından əldə ediləcək əlavə vəsaitlərin dövlət xidmətləri üçün maliyyə mənbələrinin artırılacağına yönəldiləcəyini bildirmişdi.

"Guardian" qəzetinin şərhində bildirilir ki, ölkədə bank sektoru kifayət qədər inkişaf etmədiyinə görə əhalinin böyük qismi pul köçürmələrini mobil telefonlar vasitəsilə edir. Buna görə də insanların internet xidmətlərindən imtina etməsi maliyyə sektoruna ciddi ziyan vurub. Təkcə keçən ilin iyun-sentyabr aylarını əhatə edən dövrdə mobil telefonlarla aparılan pul köçürmələrinin dövriyyəsi 25 faiz azalmışdı. İnternet vergisinin ləğvi ilə bağlı ictimaiyyətin müraciətlərinə cavab olaraq hökumət tərəfindən verilmiş son açıqlamada yaxın vaxtlarda internetdən istifadə ilə bağlı uyğunsuzluğun aradan qaldırılacağı bildirilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?