28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Google” “YouTube” bloqerlərindən vergi tutmağa hazırlaşır

“Google” “YouTube” bloqerlərindən vergi tutmağa hazırlaşır

Amerikanın “Google” korporasiyası “YouTube” üzərindən işləyən bloqerlərdən 2021-ci ilin iyunundan vergi tutmağa hazırlıq görür. Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, gəlirlər haqqında məlumatın təqdim edilmədiyi halda Rusiya bloqelərinin gəlirlərinin 24 faizi avtomatik şəkildə vergi kimi tutulacaq.

“Google” şirkətinin bu təşəbbüsü Amerika hökumətinin vergi qanunvericiliyində ABŞ ərazisindən kənardakı müəlliflərdən vergi çıxılmaları barədə tələbləri ilə bağlıdır.

“Google” şirkəti vergi çıxılması məqsədilə məbləğin düzgün hesablanması üçün may ayının 31-dək müvafiq vergi məlumatlarını təqdim etməyi xahiş edib. “Google” şirkətinin “YouTube” bloqerlərinə göndərdiyi müraciətdə bildirilir: “Əgər vergi məlumatları 2021-ci il may ayının 31-dək təqdim edilməsə, “Google” “YouTube” üzərindən bütün dünyada əldə etdiyiniz gəlirlərin 24 faizinin tutulmasını tələb edə bilər”.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?