2 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Bundesbank" "ticarət müharibəsi" ilə bağlı narahatlığını bildirib

"Bundesbank" "ticarət müharibəsi" ilə bağlı narahatlığını bildirib

Almaniyanın Mərkəzi Bankı ("Bundesbank") aylıq hesabatında ABŞ ilə Çinin gömrük tariflərini qarşılıqlı şəkildə qaldırmasının digər ölkələrin də iqtisadiyyatına ciddi təsir göstərdiyini bildirmiş, bunun iqtisadi geriləməyə səbəb olacağı barədə xəbərdarlıq etmişdir.

ABŞ ilə Çin arasındakı ticarət ixtilaflarının artmasının üçüncü ölkələrin iqtisadiyyatına təsirinə diqqət yönəldən hesabatda inflyasiya, faiz və dolların dəyəri ilə bağlı ssenarilər nəzərdən keçirilmişdir. Bankın ssenarisinə əsasən, bir ölkədə əlavə gömrük vergiləri səbəbindən qiymətlərin qalxması faizlərin yüksəlməsinə gətirib çıxarır və Mərkəzi Bankın inflyasiyanı nəzarət altında saxlamaq üçün faizləri daha da qaldırmasına şərait yaradır. Beləliklə, yüksək fazilər ölkədə pulun dəyərinin yenidən müəyyənləşdirilməsinə səbəb olur. Əgər FED faizləri artırarsa, xarici sərmayəçilər faizdən gəlir əldə etmək üçün ABŞ valyutasına üstünlük verəcəklər ki, bu da yerli valyutaları deyil, dolları dəstəkləyəcək və digər ölkələrin pul vahidlərinin dəyərdən düşməsi ilə nəticələnəcək. "Bundesbank"ın mütəxəssislərinin rəyinə əsasən, dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ və Çin arasında ticarət anlaşılmazlığı gərginləşməkdə davam edərsə, dünya iqtisadiyyatı da bundan əhəmiyyətli dərəcədə itkilərlə üzləşəcək. Bu ölkələrin qarşılıqlı şəkildə idxal tariflərini daha da artıracağı təqdirdə, Çinin ümumi daxili məhsulunun ölkədaxili hasilatında 1 faizlik azalma dünya ticarətində 1,5 faizdən artıq azalma ilə müşayiət olunacaq. Ticarət ixtilaflarının gərginləşməsi İtaliya və Almaniyanın ümumi daxili məhsulunun ölkə daxilindəki hasilatında, müvafiq olaraq, 0,4 faiz və 0,3 faizlik mənfi təsir yaradacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?