30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ “Apple” şirkətinin vergi borcunu ödəməsi ilə bağlı qərarından geri çəkilmir

Aİ “Apple” şirkətinin vergi borcunu ödəməsi ilə bağlı qərarından geri çəkilmir

Avropa İttifaqı (Aİ) Komissiyası ilə “Apple” şirkəti arasında vergi mübahisəsi uzun müddətdir ki, davam edir.

Aİ-nin rəsmi qəzetində Komissiyanın Aİ Ümumi Məhkəməsinin iyul ayındakı qərarından Avropa Ədalət Divanına göndərdiyi apelyasiya şikayətinin dəlilləri yayımlanıb. Sənəddə “Apple” şirkətinin xeyrinə çıxarılmış qərarda hüquqi səhvə yol verildiyi iddia edilib, Ümumi Məhkəmənin Aİ Komissiyasının istinad etdiyi dəlilləri kifayət qədər qiymətləndirmədiyi və ziddiyyətli məntiqə əsaslandığı göstərilib.

Qeyd edək ki, Aİ Komissiyası baş ofisi ABŞ-da yerləşən “Apple” şirkətinin İrlandiyada təsis etdiyi şirkətlərin vergi öhdəliyi ilə bağlı 3 il davam edən təhqiqatını 2016-cı ilin avqust ayında tamamlamışdı. Aİ Komissiyası şirkətin İrlandiyada faydalandığı vergi güzəştlərinin Aİ qanunlarına zidd olduğunu əsas gətirərək 2003-cü ildən 2014-cü ilə qədər dövr üçün “Apple” şirkətinin 13 milyard avro və həmin məbləğin faizini ödəməsi ilə bağlı qərar qəbul etmişdi. Şirkət bu qərara etiraz edərək Aİ-ni birtərəfli yanaşmada və İrlandiyada tətbiq olunan vergi qanunlarını keçmiş tarixlə dəyişdirməkdə ittiham etmişdi.

Məhkəmə prosesi keçən ilin iyun ayında Aİ Ümumi Məhkəməsinin Komissiyanın qərarını “Apple” şirkəktinin xeyrinə ləğv etməsi ilə nəticələnmişdi.

Aİ Komissiyası bu qərarın hüquqi qüvvəsinə qiymət vermək üçün qərarı yuxarı məhkəmə instansiyası olan Avropa Ədalət Divanına göndərəcəyini bildirmişdi.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?