1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada sabit vergi ödəyiciləri məcburi pensiya sığortası üçün haqq ödəyə bilərlər

Rusiyada sabit vergi ödəyiciləri məcburi pensiya sığortası üçün haqq ödəyə bilərlər

Rusiya Federasiyası hökumətinin qəbul etdiyi qərarda göstərilir ki, özüməşğul vətəndaşların sığorta haqqı ödədikləri müddət, əgər onlar peşə gəliri üçün könüllü vergi ödəmək proqramında iştirak edirlərsə, əmək stajı hesab olunacaq və həmin şəxslərə pensiya təyin olunanda bu staj nəzərə alınacaq. Qərarda göstərilib ki, "Peşəkar gəlirdən vergi" adlanan xüsusi vergi rejiminin tətbiq edildiyi özüməşğul vətəndaşların pensiya hüquqlarının təmin olunması məqsədilə pensiya müəyyənləşdirilməsi üçün sığorta stajının hesablanması və təsdiqi qaydalarına yeni müddəalar əlavə edilib. Bu müddəalarda həmin şəxslərin məcburi sığorta haqqı ödədikləri dövrün pensiya stajlarına aid olunması nəzərdə tutulur.

Qeyd edək ki, özüməşğul şəxslər Rusiyanın Federal Vergi Xidmətinin xüsusi proqram təminatı vasitəsilə öz gəlirlərindən vergi ödəməklə yanaşı, sərbəst qaydada məcburi pensiya sığortası haqqı da ödəyə bilərlər. "Məcburi pensiya sığortası ödəmək barədə məcburi öhdəliyi olmayan özüməşğul şəxslər könüllü sığorta haqqı ödəməyə başlayan kimi, bu müddət onun üçün staj kimi qeyd olunur", - Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?