30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada “tax free” eksperimenti ilin sonuna qədər davam etdiriləcək

Rusiyada “tax free” eksperimenti ilin sonuna qədər davam etdiriləcək

2018-ci ildən qüvvədə olan “tax free” pilot layihəsi çərçivəsində xarici ölkələrin vətəndaşları Rusiyada elədikləri alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisini (ƏDV) Avrasiya İqtisadi İttifaqı ərazisini tərk edəndən sonra geri ala bilirlər. Layihə xarici ölkə vətəndaşlarına dəyəri bir gün ərzində 10 min rubldan az olmamaq şərtilə satın aldıqları texnika, ərzaq məhsulları, zərgərlik məmulatları kimi mallar üçün ödədikləri ƏDV-ni geri almaq hüququ verir.

2020-ci ilin sentyabrında Dövlət Dumasına pilot proqramın bu ilin əvvəlindən başa çatdırılması ilə bağlı qanun layihəsi təqdim olunsa da, layihəyə baxılması təxirə salınmışdı. Qanun layihəsində hazırda hökumət tərəfindən müəyyənləşdirilmiş konkret mağazalar üçün qüvvədə olan “tax free” sisteminin Rusiya Federasiyanın ərazisindəki bütün müəssisələrə tətbiqi nəzərdə tutulur. Lakin hələlik bu məsələ ilə bağlı qanunda dəyişiklik edilməyib. Baş Nazir Mixail Mişustinin əmrinə əsasən, eksperimentin müddəti 2021-ci il dekabr ayının 31-dək uzadılıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?