24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada neft sektoruna tətbiq olunan bir sıra vergi güzəştləri ləğv edilib

Rusiyada neft sektoruna tətbiq olunan bir sıra vergi güzəştləri ləğv edilib

2021-c il yanvarın 1-dən qüvvəyə minmiş qanuna əsasən neft sektorunda fəaliyyət göstərən şirkətlərin faydalı qazıntıların çıxarılması vergisi üzrə, eləcə də neft hasilatı texnologiyası ilə bağlı ixrac rüsumu üzrə subsidiyalaşdırılması dayandırılıb.
Rusiyada neft sektorunda ciddi vergi islahatlarının aparılmasına 2020-ci ilin payızında başlanmışdı. Neftin qiymətinin aşağı düşməsi və büdcə daxilolmalarının kəskin şəkildə azalması fonunda hökumət bir sıra vergi güzəştlərini ləğv etmək məcburiyyətində idi. Maliyyə Naziri Anton Siluanov neft sektorunda bəzi stimullaşdırıcı tədbirlərin səmərəsiz olduğunu bəyan etmişdi.
Bu güzəştlərin ləğvindən 2021-2023-cü illərdə dövlət büdcəsinə 308,1 milyard rubl (7 milyard manat) əlavə vəsaitin daxil olacağı gözlənilir.
Şirkətlərə güzəştlərin ləğv olunduğu yataqları əlavə gəlir vergisi rejiminə keçirməyə icazə verilir. Əlavə gəlir vergisi layihəsi neft şirkətlərini stimullaşdırmaq üçün nəzərdə tutulub. Bu dəyişiklik sayəsində dövlət büdcəsinə neftdən daxil olan vəsaitlərin üç il müddətində 200 milyard rubl (4,55 milyard manat) artacağı proqnozlaşdırılır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?