28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyə ilə Birləşmiş Krallıq arasında tarixi Sərbəst Ticarət Sazişi imzalanıb

Türkiyə ilə Birləşmiş Krallıq arasında tarixi Sərbəst Ticarət Sazişi imzalanıb

Sazişin imzalanma mərasimi Türkiyənin Ticarət Naziri xanım Rüxsar Pekcan və Birləşmiş Krallığın Beynəlxalq Ticarət Naziri Liz Trassın video konfrans formatında iştirakı ilə keçirilib.

R.Pekcan son dərəcə mühüm əhəmiyyət daşıyan bir sənədi imzaladıqlarını qeyd edərək “1 yanvar 2021-ci il tarixində Birləşmiş Krallıq ilə Gömrük İttifaqı çərçivəsində əlaqələrimiz sona çatırdı. Gömrük İttifaqının gətirdiyi imkan və faydaları mütləq şəkildə qorumağımız lazım idi”, - deyə vurğulayıb.

R.Pekcan 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minəcək Sərbəst Ticarət Sazişinin iqtisadiyyatda fərqli bir hərəkətlilik yaranmasına səbəb olacağını bildirib: “Saziş imzalanmasaydı, Birləşmiş Krallığa etdiyimiz ixracatın təxminən 75 faizi vergi yükü ilə əhatə olunacaq, 2,4 milyard dollara yaxın zərərimiz olacaqdı. Artıq bu risk aradan qalxıb”.

Qeyd edilib ki, keçən il Türkiyə ilə Birləşmiş Krallıq arasında ixracatın həcmi 11,2 milyard dollar, idxalatın həcmi isə 5,6 milyard dollar olub.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?