24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avstraliya ictimaiyyəti hökumətdən şirin içkilərə vergi qoymağı tələb edir

Avstraliya ictimaiyyəti hökumətdən şirin içkilərə vergi qoymağı tələb edir

Avstraliyanın 34 səhiyyə təşkilatının hökumətə birgə müraciətində tərkibində şəkər olan içkilər üçün 20 faizlik vergi tətbiq olunması barədə məsələ qaldırılıb. Həmin təşkilatlar birləşərək "Tipping the Scales" - piylənməyə qarşı mübarizə üzrə fəaliyyət planı hazırlayıblar. Plana əsasən, tərkibində şəkər olan içkilərin qiymətinin 20 faiz bahalaşmasına səbəb olacaq bu vergi bu içkilərin istehlakının azalması ilə nəticələnəcək.

Müraciətdə vergilərin şirin içkilərə təsiri ilə bağlı 2016-cı ildə aparılmış araşdırmaların nəticələrinə istinad edilib. Həmin nəticələrə görə, verginin 20 faiz qaldırılması istehlakın 12,6 faiz aşağı düşməsinə səbəb ola bilər. Qeyd edilib ki, şəkərli içkilərin istehlakının azalması piylənmənin kişilər arasında 2,7 faiz, qadınlar arasında isə 1,2 faiz azalmasına, hər il 2-ci tip şəkər xəstəliyinə tutulan adamların sayının isə 800 nəfər azalmasına gətirib çıxara bilər. Müraciət müəllifləri hesab edirlər ki, bu içkilərə tətbiq edilən vergilərdən əldə olunan vəsait piylənmənin qarşısının alınmasına və sağlam həyat tərzinin dəstəklənməsinə xidmət edən təşəbbüslərə yönəldilməlidir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?