30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ koronavirus peyvəndlərini və testlərini 2023-cü ilədək ƏDV-dən azad edib

Aİ koronavirus peyvəndlərini və testlərini 2023-cü ilədək ƏDV-dən azad edib

Avropa İttifaqı (Aİ) Şurası üzv ölkələrə koronavirus xəstəliyinə qarşı peyvəndləri və müvafiq testləri əlavə dəyər vergisindən (ƏDV) azad etməyə icazə verib. Şuranın bəyanatında bildirilir: "Aİ Şurası vahid ƏDV sistemi ilə əlaqədar direktivdə dəyişiklik edib. Üzv ölkələrə 2022-ci il dekabr ayının 31-dək COVİD-19 peyvəndlərini və testlərini, eləcə də peyvəndləmə üçün zəruri olan materialları ƏDV-dən azad etməyə icazə verilir. Aİ ölkələri qərar qəbul etdikləri halda bu məhsullar üçün azaldılmış ƏDV dərəcələrindən istifadə edə bilərlər”.

Qeyd edək ki, Aİ normalarına əsasən, üzv ölkələr öz ərazilərində ƏDV dərəcəsini özləri müəyyənləşdirə bilərlər, lakin Aİ ölkələri arasında vergi dempinqinə yol verməmək üçün bu verginin dərəcəsi 15 faizdən az olmamalıdır. Burada Aİ siyahısında ƏDV-nin 5 faizə qədər endirilməsinə icazə verilən mallar istisna təşkil edir. ƏDV güzəştləri ilə bağlı qərarlar isə Aİ Şurası tərəfindən təsdiq edilir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?