1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
OECD texnologiya şirkətlərinə yeni vergi tətbiq etmək niyyətindədir

OECD texnologiya şirkətlərinə yeni vergi tətbiq etmək niyyətindədir

Transmilli texnologiya şirkətləri illər uzunu öz gəlirlərini xarici kapitaldan az vergi tutan yurisdiksiyalarda toplayıblar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqlamasında bildirilir ki, onlarla ölkənin hökumətləri texnoloji şirkətləri yeni rəqəmsal vergilərə cəlb etmək istəyir. Lakin birtərəfli fəaliyyətlər ikiqat vergitutmanın tətbiqinə gətirib çıxara bilər.

Qeyd edək ki, bu problem 2015-ci ildə qaldırılmış, vergi bazasının aşınmasına qarşı mübarizə üzrə G20 dövlətlərinin fəaliyyət planının bir hissəsi kimi qəbul edilmişdi. OECD-nin təqdim etdiyi son sənəddə məsələnin üç həll variantı göstərilib. Martın 1-dək bu təkliflərin ictimai müzakirələri keçiriləcək. İyun ayında tövsiyələrin hazırlanması, 2020-ci ildə isə razılaşma əldə edilməsi planlaşdırılıb. İqtisadiyyatın rəqəmsal transformasiyası texnoloji şirkətlərə özlərinin real şəkildə mövcud olmadıqları ölkələrdən məhsul və xidmətlər təklif etməyə imkan yaradır və bununla da həmin şirkətlər vergidən yayına bilirlər. "Apple", "Facebook" kimi şirkətlər öz gəlirlərini illər uzunu xarici kapitala az vergi tətbiq edən İrlandiya və Niderland kimi ölkələrdə yığıblar.

ABŞ-ın Milli İqtisadi Araşdırmalar Bürosunun məlumatına əsasən, 2015-ci ildə transmilli şirkətlər 600 milyard dollar vəsaiti və öz gəlirlərinin 40 faizini vergi "cənnətlərinə" köçürüblər. Burada təkcə İrlandiyanın payı 100 milyard dollar təşkil edir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?