30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BMT hesabatı: hər il dünyada təxminən 1,6 trilyon dollar çirkli pul yuyulur

BMT hesabatı: hər il dünyada təxminən 1,6 trilyon dollar çirkli pul yuyulur

Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal maliyyə sahəsində şəffaflıq və hesabatlılıq mövzusunda təşkil edilən paneli vergi qaçaqlığının, çirkli pulların yuyulmasının və korrupsiyanın dünya maliyyəsinə təsirinə dair hesabat açıqlayıb.

Hesabatda yoxsulluqla mübarizə üçün istifadə edilə biləcək qaynaqların vergi qaçaqlığı, korrupsiya və maliyyə cinayətləri ucbatından qurtardığı və hər il təxminən 1,6 milyard dollar çirkli pul yuyulduğunu bildirilib.

Hesabatda göstərilir ki, gəlirlərin köçürülməsi hər il hökumətlərə 500 milyard dollara başa gəlir. Hazırda “vergi cənnətləri” deyilən ofşor zonalarda 7 trilyon dollar vəsait gizlədilir, yuyulan çirkli pulların ümumi daxili məhsula nisbəti isə 2,7 faiz təşkil edir.

BMT panelinin həmsədri və Litvanın keçmiş dövlət başçısı Dalia Qrubauskayte hesabatla bağlı danışarkən korrupsiya və vergi qaçaqlığının geniş yayıldığını və çoxlu sayda bankların isə gizli əməkdaşlıq etdiyini vurğulayıb: “Hamımız, xüsusi olaraq da yoxsullar soyulur. Yoxsulluq, iqlim dəyişikliyi və COVİD-19 kimi böyük problemlərin öhdəsindən gəlmək üçün maliyyə sisteminə etibar çox mühümdür”.

BMT panelinin həmsədri və Nigeriyanın Baş naziri İbrahim Mayaki isə cinayətkar qrupların pandemiyadan sui- istifadə etdiklərinə diqqət çəkərək epidemiyanın yayılmasının qarşını alacaq və evlərə qida çatdırılmasını təmin edəcək qaynaqların pis məqsədlə istifadə edildiyini, korrupsiya ilə “buxarlandığını” bildirib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?