4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qələbələrin təməl daşı – Milli Qurtuluş Günü

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidilə yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə Milli Qurtuluş Günü kimi yazılan taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ulu Öndərin ölkə rəhbərliyinə - batmaqda olan gəmiyə bənzəyən Azərbaycanın idarəetmə sükanı arxasına keçməsi müstəqilliyi böyük daxili və xarici təhdidlər altında olan ölkəni məhv olmaqdan, parçalanıb bir dövlət olaraq sıradan çıxmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və çoxşaxəli inkişafın təməlini qoydu.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır.

Uzun illik fasilədən sonra 2020-ci ildə Azərbaycan ərazi bütövlüyü və dövlət suverenliyini təmin etdi, milli qürurumuz, mənliyimiz bərpa olundu və bu qələbələrimizin kökündə də, heç şübhəsiz, 15 İyun məqamı dayanır.

Üç il öncə 15 iyunda, xalqımızın tarixində müstəsna əhəmiyyətli bir gündə Azərbaycan və Türkiyə arasında ulu öndər Heydər Əliyevin tarixi uzaqgörənliklə qeyd etdiyi kimi, "bir millət, iki dövlət"in tarixinə qardaşlığın simvolu kimi yazılan, Azərbaycan və Türkiyənin strateji müttəfiqliyini bir daha təsdiq edən "Şuşa bəyannaməsi" imzalandı. Bu bəyannamənin imzalanması Azərbaycanı regional liderə, bölgənin hesablaşılan, aparıcı qüvvəsinə çevirməklə yanaşı, həm də çoxşaxəli inkişafımızın yeni mərhələsinin əsasını qoymuş oldu.

Ötən il Azərbaycan Prezident İlham Əliyevin müzəffər sərkərdəliyi altında daha bir tarixi qələbəyə imza atdı – müstəqillik tariximizdə ilk dəfə bütün sərhədlərimiz boyunca dövlət suverenliyimiz təmin olundu. 19-20 sentyabr tarixli antiterror tədbirləri ilə Azərbaycan daxilində on illərdir süni şəkildə yaradılmış, xalqımıza qarşı soyqırımlarına, minlərlə insanımızın qətliamına, yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə salınmasına səbəb olan separatizmi əbədi olaraq məhv etdi, gələcək böyük uğurların möhkəm təməlini yaratdı.

Dövlət başçısı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, insanlarımız – torpaqların əsil sahibləri əbədi olaraq geri qayıdır və güclü, qüdrətli Azərbaycan dövləti və onun yenilməz Lideri insanlarımızın başına bir daha həmin faciələrin gətirilməsinə imkan verməyəcək.

Azərbaycanı bu qədər qüdrətli və söz sahibi edən Liderimizin müstəsna keyfiyyətləri, Vətənə olan sevgisi və bağlılığı, xalqımızın öz Liderinə olan sonsuz inamı və məhəbbəti ilə yanaşı, həm də 15 iyun 1993-cü ildə güclü, uzaqgörən əsaslar üzərində təməli qoyulan Heydər Əliyev Yolu və bu Yolu dövrün çağırışlarına uyğun yeni elementlərlə zənginləşdirmək keyfiyyətlərinə sahib Müzəffər Ali Baş Komandan və xalq birliyidir!

Əldə etdiyimiz qələbələrin təməl daşı sayılan 15 İyun – Milli Qurtuluş Günü bayramımız mübarək!

Anar ƏLİYEV,

Tarix üzrə fəlsəfə doktoru

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması